Rusiya Ermənistanı açıq şəkildə seçim etməyə çağırır – Abramyan

“KTMT-dən çıxmaq Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyünə birbaşa təsir edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

O bildirib ki, Rusiya ilə münasibətlərin korlanması Moskvanın İrəvanı açıq şəkildə seçim etməyə çağırmasına səbəb olub.

“Ermənistan iqtisadi, siyasi və hərbi çətir altındadır. Əgər İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək, KTMT üzvlüyündən çıxmaq niyyətindədirsə, o zaman Aİİ-də heç nə olmayıbmış kimi davam edə bilməyəcək. Mövcud vəziyyət Rusiya ilə iqtisadi münasibətlərə və Ermənistanın İttifaq üzvlüyünə birbaşa təsir edəcək. Rusiya Ermənistan cəmiyyəti üçün prosesi aydınlaşdırmağa çalışır”, – Abramyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az