Əgər Rusiya Ukraynada uğur qazansa, Ermənistanın daxili siyasi həyatında situasiya tam dəyişəcək.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Armen Bədəlyan deyib.
“Müəyyən ictimai xadimlərin hakimiyyətdə qalmaqla bağlı problemləri yaranacaq və siyasi sığınacaq almalarına ehtiyac yaranacaq. Ona görə də Paşinyan vabanka gedərək, bu məsələnin həllini təmin etməyə çalışır. İndidən bəzi addımlar atılır ki, onu da Qərbdən sığınacaq alınması üçün avans saymaq olar. Avropa Birliyi mülki missiyasının İrəvana göndərilməsi və Roma statutunun ratifikasiyasına bu kontekstdə baxmaq lazımdır” – deyə o bildirib.
O, Rusiyanın İrəvanı atdığı addımlara görə cəzalandırmaq prosesinə start verdiyini söyləyib. Bədəlyan Ermənistandan Rusiyaya süd məhsullarının ixracının qadağan edilməsinin bunun ilk mərhələsi olduğunu vurğulayıb:
“Növbəti mərhələdə Ermənistandan qanunsuz miqrasiya problemi qaldırılacaq. Artıq bəzi Rusiya nümayəndələri Paşinyanın hakimiyyətinin ünvanına indiyə qədər görülməmiş sərt bəyanatlar verirlər. Bunların hamısı Ermənistandakı gələcək proseslərin xəbərçisidir”.
İlkin Həsənov
Globalinfo.az