Meral Akşənərə zərbə: rezonans doğuran istefa – VİDEO

Türkiyədə prezident və parlament seçkilərindən sonra müxalifət daxilində parçalanma davam edir. Belə ki, İYİ Partiyanın qurucu simalarından olan sabiq millət vəkili Ahat Andican partiya sıralarından ayrıldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə tviter hesabında paylaşım edib.

Hazırkı mərhələdə ortaq məxrəcə gəlməyin mümkün olmadığını bildirən Andican partiyasız müxalifət siması kimi fəaliyyətinə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, bu, prezident və parlament seçkilərindən sonra İYİ Partiyada ilk istefa deyil. Bundan öncə deputat Yavuz Ağıralioğlu HDP-nin “Cumhur İttifaqına” qatılması və Kamal Kılıçdaroğlunun vahid namizəd olmasına etiraz edərək istefa vermişdi.

İYİ Partiyada uzaqlaşan simalardan biri də Meral Akşənərin baş müşaviri Aytun Çıraydır.

Turan Rzayev
Globalinfo.az