Sərhədimizdə Rusiya təhlükəsi davam edir – Finlandiyalı nazir

Finlandiya-Rusiya sərhədi fevralın 11-dək bağlı qalacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabinetinin saytında dərc olunan məlumatda deyilir.

“Səlahiyyətli orqanlar tərəfindən toplanan məlumatlara əsasən deyə bilərik ki, Rusiyanın hibrid fəaliyyəti bərpa oluna və genişlənə bilər. Ona görə də biz şərq sərhədinin bağlı saxlanmasını zəruri hesab edirik”, – deyə Finlandiyanın daxili işlər naziri Mari Rantanen vurğulayıb.

“Təbii ki, milli təhlükəsizliyə və ictimai asayişə ciddi təhlükənin qarşısının alınmasına ehtiyac qalmadığı təqdirdə qərar ləğv edilə və ya dəyişdirilə bilər. Finlandiya Daxili İşlər Nazirliyi də problemin həlli üçün alternativ yolları nəzərdən keçirir”, – deyə məlumatda qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az