avtobus yeni 1

Metronun “20 Yanvar” stansiyasının ətrafında  və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin edilir.   

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli marşrutlar Sumqayıt istiqamətində “20 Yanvar” metrostansiyasının yaxınlığında, Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.

Xocəsən və Sulutəpə qəsəbələri istiqamətində getmək üçün 102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində, yaxud “Şamaxinka” adlanan ərazidəki (“Alov zavodu” ilə üzbəüz) dayanacaqda minə bilərlər.

130 və 142  nömrəli marşrutların sərnişinləri isə “20 Yanvar” metrostansiyasının yaxınlığında, Moskva prospektindəki “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Lökbatan qəsəbəsi və Masazır kəndi istiqamətində növbəti dayanacağı “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) mövcud olan məntəqədir.

Xatırladaq ki, marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması tədbirləri çərçivəsində bundan öncə 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Moskva prospektində yerləşən “14 saylı notariat ofisi”nin yanındakı dayanacaq məntəqəsindən çıxarılmışdır.

1
2
3

Paylaş: