viktor orban

Macarıstan Baş naziri Viktor Orban Pekində Çin Prezidenti Si Szinpinlə danışıqlardan sonra Vaşinqtona gedib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

“Növbəti dayanacaq Vaşinqtondur”, – deyə Orban Pekindən ayrılan təyyarənin görüntülərini paylaşıb.

Orbanın ABŞ-a səfər proqramı açıqlanmayıb.

Qeyd edək ki, 5 iyulda Moskvaya gözlənilməz səfər edən Orban həmin gün Şuşaya gəlmiş, 6 iyulda geri qayıdarkən “qəfil səfərləri”nin anonsunu vermişdi.

Ötən gün gecə saatlarında Çinə gedən və bu gün səhər Szinpinlə görüşən Orban artıq ABŞ-a yollanıb.

Orban Ukraynada sülhə nail olmaq üçün çalışır.

Paylaş: