Rusiya bizə Qarabağın xilasını təklif etsə… – İlginc mövqe

“Rusiya Federasiyası bizə Qarabağ məsələsinin həllini gələcəyə ötürməyi, status-kvonu qoruyub saxlamağı təklif etmişdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Ovannisyan jurnalistlərə açıqlamasında deyib.

“Biz Moskvanın həmin təklifi ilə razılaşmışdıq. Amma Rusiya öz vədlərini yerinə yetirə bilmədi. Əgər yenə eyni şeyi təklif etsələr, biz bununla razılaşmayacağıq. Azərbaycanla sülh müqaviləsini imzalamağa tam hazırıq”, – A.Ovannisyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az