Ermənistanın İstintaq Komitəsi rusiyalı bloger Nadejda Pirojkova barəsində cinayət işi açıb.
Globalinfo.az xəbər verir ki, o, ictimai şəkildə nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş çıxışlarda ittiham olunur.
Qurumun mətbuat katibi Kima Avdalyan deyib ki, bloger barəsində ölkəni tərk etməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə açılıb. Həmin maddə üzrə 1 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İşə səbəb Pirojkovanın yayımladığı videoda Ermənistanda kilsə bayramı olan “Vardavar günü” insanların bir-birinə su atması ənənəsini kəskin tənqid etməsi və ermənilər haqqında təhqiramiz ifadələr işlətməsi olub.
Əliyar Xəlil
Globalinfo.az