Rüfət Həşimov Almaniyaya getməyə hazırlaşırmış: ailə üzvləri danışdı – VİDEO

Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə baş verən silahlı hücum nəticəsində həyatını itirən Rüfət Rahib oğlu Həşimov dəfn edilib.

Globalinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb.

Rüfət Həşimov həm də Vətən müharibəsinin iştirakçılarından olub. O, müharibənin ilk günlərində könüllü olaraq Füzuli istiqamətində gedən döyüşlərə qoşulub.

Rüfət uşaq yaşında atasını itirib, onun anası və bacısından başqa kimsəsi olmayıb. Ailəsinin verdiyi məlumata görə, Rüfət bir ay öncə evlənibmiş və yaxın zamanlarda Almaniyaya yoldaşının yanına getməyi planlaşdırırmış.

Videonu təqdim edirik: