0ee399e1 Rubio flag smile

ABŞ İranın neft gəlirlərinə zərbə vurmaq məqsədilə təzyiq siyasətini davam etdirmək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

O bildirib ki, İranın Amerika hərbi gəmilərinə qarşı hücumlarına cavab olaraq Vaşinqtonun İran neftini daşıyan tankerlərə qarşı tədbirləri davam edəcək:

“ABŞ İranı iqtisadi baxımdan boğmağa yönəlmiş siyasətindən geri çəkilməyəcək”.

Bu açıqlama ABŞ qüvvələrinin son günlər İranın bir neçə neft tankerinə zərbələr endirməsindən sonra səslənib.

ABŞ Mərkəzi Komandanlığı sentyabrın 5-də İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlərlə hücum cəhdindən sonra üç İran neft tankerinin sıradan çıxarıldığını açıqlamışdı.

Bundan sonra bölgədə gərginlik daha da artıb. İran tərəfi də ABŞ-ın tanker hücumlarına cavab olaraq bir sıra gəmilərə zərbələr endirdiyini açıqlayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: