Roma Papası: “Dünyanın bir neçə hökmdarı Soyuq müharibə ritorikasını canlandırır”

“Dünyanın bir neçə hökmdarı Soyuq müharibə ritorikasını canlandırır”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Roma Papası Fransisk Bəhreynə səfəri zamanı bildirib.

Onun fikrincə, dünya artıq uçurumun kənarındadır və düşməməlidir. O, öz maraqlarına görə mübarizəyə cəlb olunmuş bir neçə hökmdarın təsir dairələri uğrunda mübarizədə köhnəlmiş ritorikanı canlandırdığı vəziyyəti pisləyib.

Bundan əvvəl Roma Papası Fransisk silahlanma yarışına müqavimət göstərməyə çağırıb. Onun sözlərinə görə, bir neçə güclü adam öz maraqları uğrunda mübarizəyə fokuslanıb. O əlavə edib ki, müharibələr heç vaxt problemləri həll etmir.