Rişi Sunak naziri istefaya göndərdi – Yeni təyinatlar

Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri postuna təyin olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Rişi Sunakın ofisi məlumat yayıb.

Qeyd edək ki, Kemeron 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş naziri postunda çalışıb.

O, yeni vəzifəsində Ceyms Kleverlini əvəz edəcək.

X X X

Böyük Britaniya hökumətində kadr dəyişikliyi edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə krallığın Baş naziri Rişi Sunak bildirib.

Onun sözlərinə görə, daxili işlər naziri Suella Braverman tutduğu vəzifədən azad edilib, onun yerinə xarici işlər naziri Ceyms Kleverli təyin olunub.

Yerli KİV bildirib ki, keçmiş baş nazir Devid Kemeronun Xarici İşlər Nazirliyinin yeni başçısı olacağı gözlənilir.

***13:21

Böyük Britaniyanın daxili işlər naziri Fələstinə görə vəzifəsindən azad olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Baş nazir Rişi Sunak Britaniyanın daxili işlər nazirini vəzifəsindən azad edib.

Rişi Sunak daxili işlər naziri Suella Breyvermana onun hökumətdən getməsini istədiyini bildirib. Daxili işlər nazirinə başqa vəzifə təklif olunmayıb.

Xatırladaq ki, daxili işlər naziri polis və Fələstinə dəstəklə bağlı yürüşlər haqqında söylədiyi şərhlərdən sonra tənqid olunub. Böyük Britaniya müxalifəti onu “nifrət nitqi yaymaqda” ittiham edib . Suella Breyverman Fələstinə dəstək nümayişlərini “nifrət yürüşləri” adlandırıb və polisi etirazları idarə edərkən “ikili standartlarda” ittiham edib.