Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı əks olunan lövhə “20 Yanvar” dairəsi kimi tanınan ərazidəki səhiyyə müəssisəsinin binası üzərindən götürülüb. Lövhənin altında Azərbaycan bayrağı da əks olunmuşdu.
Bəs lövhə yerinə nə vaxt bərpa ediləcək?
Globalinfo.az bildirir ki, modern.az məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev saytımıza bildirib ki, təmir işləri yekunlaşan kimi sözügedən lövhə öz yerinə qaytarılacaq.
“Hələ ki təmir işləri davam etdirilir”, – o deyib.
Qeyd edək ki, sözügedən bina 1993-cü ildə tikilib və Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi fəaliyyət göstərir.