Bakıda restoranlar bayramqabağı görün nə etdilər

Artıq Yeni il bayramına 2 gün qalır. Bu səbəbdən də bir çoxları restoranlarda masa rezerv etməyə başlayıblar. Lakin insanlar masaların çox baha olmasından şikayətlənirlər. Hətta bəzi restoranlarda 1 nəfər üçün qiymətin 300 manatdan başladığını iddia edirlər.

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, bu məsələ hansısa qanunvericiliklə tənzimlənmir.

Onun sözlərinə görə, belə məsələlər əslində, rəqabətlə tənzimlənməlidir:

“Xidmət sahələri öz xidmətlərini təklif edərkən tələbə uyğun olaraq təklifi bazara çıxır və bu zaman qiymət tənzimlənir. İndiki halda restoranların məsuliyyəti yalnız qazanclarından vaxtı-vaxtında vergi verib-verməmələri məsələsidir. Bundan başqa da insan sağlamlığına zərər vura biləcək ərzaq məhsullarının süfrəyə qoyulduğu halda dövlət qarşısında məsuliyyət daşıyırlar”.

Natiq Cəfərli

İqtisadçı deyib ki, qiymət siyasəti dövlətin qanun tənzimləməsi ilə həyata keçirilmir:

“Dediyim kimi, yeganə məsələ rəqabətdir. Rəqabət çox, rəqabətli mühit artıq olarsa, o zaman qiymətlər də artmaz. İndiki halda bayrama görə sadəcə, restoranlara olan tələbat artıb. Onlar da təlabatın yüksəlməsindən istifadə edərək qiymətləri süni şəkildə artırırlar”.

Zaira Akifqızı
Globalinfo.az