Rəisi xəbərdarlıq etdi: “Yəhudi dövlətindən geriyə heç nə qalmayacaq”

“Əgər İsrail Müdafiə Qüvvələri İran ərazisinə hücum edərsə, o zaman yəhudi dövlətindən geriyə heç nə qalmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Pakistana səfəri zamanı deyib.

O bildirib ki, Təl-Əvivin belə bir səhvi tamamilə fərqli nəticələrə gətirib çıxaracaq.

İran prezidenti İsrailin Dəməşqdəki konsulluğa hücumuna Tehranın verdiyi vcavabı xatırladıb. Eyni zamanda konsulluğa hücumun beynəlxalq hüququn bütün normalarına zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, Almaniyanın “Bild” qəzeti ekspertlərə istinadən İranın bir neçə həftə ərzində nüvə silahı yarada biləcəyi haqda yazıb.

Əliyar Xəlil
Globalinfo.az