serhed ela son

“Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Aİ Şurasının Ermənistanda missiya yaratmasına münasibət bildirib. Qeyd edilib ki, Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması ilə üst-üstə düşdü”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kənan Novruzov deyib.

O xatırladıb ki, Aİ Şurası Ermənistanda 2 illik mandata malik missiyasının yaradılması barədə qərar qəbul edib:

“Əlbəttə, bu, hər şeydən əvvəl həmin qurumun regiondakı mövcudluğunun artırılmasına hesablanıb. Əslində, Brüsellə Bakının normal münasibətləri var. Həmçinin nəzərə almaq lazımdır ki, müşahidəçilər silahsız olacaq və Ermənistan ərazisində yerləşəcəklər”.

kenan novruzov

Politoloqun sözlərinə görə, onların fəaliyyəti bizim xeyrimizə ola bilər:

“Ən azından ona görə ki, rus sülhməramlılarının ərazidəki ehtimal edilən təxribatlarının, həmçinin onların Qarabağda 2025-ci ildən sonra da qalmaq cəhdlərinin qarşısı alına bilər. Aİ başa düşür ki, Azərbaycan Cənubi Qafqazın aparıcı siyasi aktorudur. Deməli, bu qurum regionla bağlı siyasətini həyata keçirmək üçün maraqlarımızı nəzərə almalıdır”.

K.Novruzov Brüsselin Bakının maraqlarına zidd addımlar atacağını düşünmədiyini qeyd edib:

“Belə olsa, həmin qurum özü uduzar. Aİ mülki missiyadan təxribat üçün istifadə etməməli və Ermənistanın ehtimal edilən provokasiyasına, o cümlədən sülh gündəliyindən yayınmasına imkan verməməlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: