İllüziyadır, 100 il əvvəlki səhvi edirik – Şarmazanov

“100 il əvvəl olduğu kimi, bu gün də geosiyasi vəziyyətlə bağlı ermənipərəst təhlil apara bilmədik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov deyib.

Deputat İrəvanı Qərbə inanmamağa çağırıb:

“Artıq kənar aktorları və sponsorları olan Ermənistanda “rəngli inqilab”ın son mərhələsi başlayıb. Tarix təkrarlanır. 100 il öncə biz regionda türklərin və rusların varlığını yox saydıq, Qərbə arxalandıq. Rusiya ilə müttəfiqlikdən imtina etdik və cəzasını çəkdik. Eyni hal təkrarlanır. Son illərdə hökumət Rusiya ilə münasibətlərin pozulmasına çalışır. Ermənistan Türkiyə-NATO meydanına çevrilir. Ya bu hakimiyyət getməli, milli hökumət Rusiya və İranla uzunmüddətli hərbi-siyasi müqavilə imzalamalıdır, ya da biz regionun açarlarını Türkiyə ilə NATO-ya təhvil verməliyik. “Qərb bizi xilas edəcək” fikirləri illüziyadır. Düşünürəm ki, Qərb Gürcüstanda olduğu kimi, Ermənistana da nəzarət mandatını türklərə verəcək”.

Ayşən Mustafa
Globalinfo.az