Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında keçirilən görüşdə iki ölkə arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd edək ki, Şahbaz Şərif rəsmi səfərlə Türkiyədədir və liderlər arasında baş tutan görüş Dolmabaxça sarayında keçirilib.
*** 19:02
Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə Dolmabaxça sarayında görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Mətbuata qapalı şəkildə baş tutan görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.
Bildirilib ki, tərəflər ötən ilin fevral ayında Prezident Ərdoğanın İslamabada səfəri zamanı keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının son iclası çərçivəsində aparılan əməkdaşlıq proseslərini nəzərdən keçiriblər. Görüşdə həmçinin ikitərəfli münasibətlərlə yanaşı, terrorla mübarizə başda olmaqla regional və beynəlxalq məsələlərin də gündəmdə olduğu gözlənilir.
Aysel Əliyeva
Globalinfo.az