Rasim Məmmədov Ali Məhkəməyə müraciət etdi

“Baku Steel Conpany”nin 14 il azadlıqdan məhrum edilmiş keçmiş rəhbəri Rasim Məmmədov kassasiya şikayəti verib.

Globalinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, məhkum Məmmədov şikayət ərizəsində barəsindəki ittihamların əsassız olduğunu yazıb.

Eks-iş adamı Ali Məhkəmədən bəraət qərarı çıxarılmasını xahiş edib. Şikayət məhkəmənin icraatına qəbul edilib.

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsairə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Bir ay əvvəl Ali Məhkəmə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib.