Sabiq türk prezidentə ağır itki – FOTO

Türkmənistan rəsmiləri türkmən xalqının milli lideri, Xalq Şurasının sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anasının vəfat etdiyini təsdiqləyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə TDX dövlət agentliyi məlumat yayıb.

Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi açıqlanıb.

Xatırladaq ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun da nənəsidir.

Qurbanqulu Berdiməhəmmədovun anası vəfat edib