Qubadlı Şəhəri Günüdür – ilk dəfə qeyd edilir

Bu gün Qubadlı Şəhəri Günüdür.

Globalinfo.az xəbər verir ki, Qubadlı Şəhəri Günü ilk dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust – Laçın Şəhəri Günü;

4 oktyabr – Cəbrayıl Şəhəri Günü;

17 oktyabr – Füzuli Şəhəri Günü;

20 oktyabr – Zəngilan Şəhəri Günü;

25 oktyabr – Qubadlı Şəhəri Günü;

8 noyabr – Şuşa Şəhəri Günü;

20 noyabr – Ağdam Şəhəri Günü;

25 noyabr – Kəlbəcər Şəhəri Günü.