Qubanın Rustov kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, VAZ-2107 markalı minik avtomobilinin yolun kənarında dayanan yük maşını ilə toqquşması nəticəsində minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

İlkin məlumata görə, onlardan 2-si ağır, 1-i isə yüngül dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş: