Xalq artisti Kamal Xudaverdiyevin oğlu vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu haqda jurnalist Turan Etibaroğlu sosial şəbəkə hesabında xəbər yayıb.
Məlumata görə, Xalq artistinin oğlu Rövşən Xudaverdiyev uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, K. Xudaverdiyev 23 aprel 2008-ci ildə ürək çatışmazlığından ölüb.