Qubada ağır qəza: 3 nəfər öldü – FOTO

Xəbər verdiyimiz kimi, Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Fərhad Talıbov eləcə də, Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölən şəxslərin fotolarını təqdim edir:

Qeyd edək ki,  bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.  Nəticədə 3 nəfər vəfat edib, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

qubadaki-qezada-olen-sexslerin