Şabranda qəza: qatarla traktor toqquşdu, sonra isə…

Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktor toqquşub.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

İlkin məlumata görə, toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O hadisə yerində  ölüb.

Araşdırma aparılır.