Qubada ağır qəza: 2 nəfər öldü – YENİLƏNİB

Sentyabrın 10-u axşam saatlarında Quba rayonunun Alekseyevka kəndi ərazisində “Mersedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Quba-Xaçmaz yolunun Alakseyevka kəndi ərazisində qeydə alınıb.

Qəzada üç maşın toqquşub, hadisədən sonra avtomobillərdən biri alışıb.

İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.