Qonşu ölkədə ardıcıl 3 zəlzələ oldu

Gürcüstanda daha iki zəlzələ baş verib. 

Globalinfo.az xəbər verir ki, ikinci zəlzələ Oni şəhərinin yaxınlığındakı Tsxmori kəndində 4,4 maqnitudalı olub.

Üçüncü zəlzələ isə Oni şəhəri yaxınlığındakı Badjixevi kəndində olub. Burada yeraltı təkanların gücü 4 bal təşkil edib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

***

Gürcüstanda 3,8 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Raça-Leçxumi – Kvemo Svaneti regionunun İri kəndində qeydə alınıb

Zəlzələnin episentri 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.