qezza 98

İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olanların sayı 54 minə yaxınlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən rəqəmlər 2023-cü il oktyabrın 7-dən indiki tarixə qədər müddəti əhatə edir.

Bu dövrdə 122 mindən çox adam yaralanıb.

“Son 24 saat ərzində isə 38 ölü, həmçinin 204 yaralı Qəzza zolağındakı xəstəxanalara yerləşdirilib”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: