Qəzzada son 13 ayda ölənlərin sayı 43 min 508 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaralıların sayı 102,684 nəfərdir.
On mindən çox qəzzalının isə itkin düşdüyü vurğulanıb.
Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində 39 fələstinlinin həlak olduğunu, daha 123 nəfərin isə yaralandığını açıqlayıb.
BMT-nin məlumatına görə, Qəzza sektorunda hərbi əməliyyatlar səbəbindən əhalinin 85 faizi məcburi köçkün vəziyyətinə düşüb. Eyni zamanda, Fələstin anklavında infrastrukturun 60 faizi dağılıb.
Təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığı Qəzza zolağında öldürülənlərin təxminən 70%-nin qadın və uşaqlar olduğunu iddia edən hesabat yayıb.