Qəzaya düşən maşın mağazaya girdi – FOTO

Bu gün Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azdress qəsəbəsində “Hyundai Santafe” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra sürücünün idarəetməsindən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı qapı-pəncərə mağazasına daxil olub.

İlkin məlumata görə hadisə yerində bir uşaq xəsarət alıb.