7eba49e3 baa3 33c3 89e5 e5e22919fd76 850

Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılması üzrə komissiyanın statusu artırılıb.

Globalinfo.az  Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu hökumət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.

Onun sözlərinə görə, bundan sonra təyyarə qəzasını araşdıran komissiyaya nəqliyyat naziri Marat Karabayev rəhbərlik edəcək və bu qərar bu gün qəbul edilib.

“Yəni biz bu komissiyanın statusunu nazir səviyyəsinə qaldırırıq”, – Bozumbayev izah edib.

Paylaş: