Yanvarın 11-i saat 08:20 radələrində Ermənistanın Qeqarkunik vilayətində (Göyçə mahalı) ağır qəza baş verib.
Globalinfo.az xəbər verir ki, Vardenis-Çəmbərək yolunda “Volksvagen” markalı avtomobilin hərəkət zolağından çıxaraq aşması nəticəsində 34 yaşlı hərbçi ölüb.
Qeyd edək ki, bu, son bir neçə gündə Ermənistan ordusunda 4-cü hərbçi ölümüdür. Onlardan ikisinin cinayət və intihar nəticəsində həyatını itirdiyi, birinin isə çağırışçıların yoxlanışından sonra ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Ordudakı ölümlər erməni cəmiyyətində ciddi narahatlıq doğurub. Hətta müdafiə naziri Suren Papikyanın istefası tələb edilir.
Əliyar Xəlil
Globalinfo.az