“Qərb öz silahlanmasını artırmaq üçün Rusiya təhlükəsi mifindən istifadə edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Avropa dövlətləri ordu sayını artırmaq və döyüş hazırlığının bərpa etmək, eləcə də NATO ölkələrinin hərbi-sənaye komplekslərini müharibə rejiminə keçirmək siyasəti aparır.
“Avropa ordusunun formalaşması konturları üzərində konseptual işlərə başlanılıb. Eyni zamanda nüvə komponenti olan Avropa hərbi ittifaqının formalaşması konturları üzərində də iş aparılır. Ancaq Rusiya həm Ukrayna istiqamətində, həm də Qərblə münasibətlərdə öz maraqlarını müdafiə edəcək. Bunu demək olar ki, bütün xarici həmkarlarımız başa düşür. Rusiya Qərbin Ukraynaya uzaqmənzilli silah tədarükünə razılıq verməsini onların ciddi danışıqlara hazır olmaması kimi qəbul edir. Bu, o deməkdir ki, onlar döyüş meydanında hesablaşmanın lehinədirlər”, – Lavrov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az