tramp 1 900x506 1

ABŞ prezidenti Donald Tramp İrana birbaşa hərbi hücumları bərpa etmək niyyətində deyil, lakin bu ssenari hələ də masa üzərində müzakirə edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” prezidentə yaxın mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp genişmiqyaslı silahlı münaqişədən qaçmağa çalışaraq iqtisadi və diplomatik təzyiq strategiyasına üstünlük verir.

Buna baxmayaraq eskalasiya ehtimalının artması və ya ABŞ aktivlərinə birbaşa təhdidlər fonunda hərbi seçim məsələsi gündəmə gələcək. Nəşrin mənbələri vurğulayır ki, Ağ Evin mövqeyi tammiqyaslı müharibəyə çevrilmədən Tehranı yürütdüyü siyasətdən geri çəkindirməkdir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: