qq

Qazaxıstan “Batyl Toitarys 2026” (Qətiyyətli Müqavimət) təlimlərinə hazırlıq məqsədilə sərhədə qoşun yerləşdirməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim ölkə üzrə təlim poliqonlarında keçiriləcək və Silahlı Qüvvələrin müasir şəraitdə tapşırıqları yerinə yetirməyə hazırlığını yoxlamaq məqsədi daşıyır. Hərbçilər müxtəlif qollar və xidmətlər arasında əməkdaşlıq təcrübəsindən keçəcəklər”, – deyə bildirilib.

Qurum hərbi qulluqçuların ölkə daxilində nəqliyyat vasitələri karvanları, dəmir yolu qatarları və hava qüvvələrinin kombinasiyasından istifadə edərək hərəkət edəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: