74a45dad 529d 3165 ac07 578679f6d818 850

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Qeyd olunub ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Afiq Fərruxov Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

O, 2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.

A.Fərruxov 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət göstərib.

Paylaş: