1692621677 3

Qarabağdan getmək istəyən erməni sakinlərin Ermənistana köçünə lazımi şərait yaradılıb. 

Globalinfo.az xəbər verir ki, artıq 5 minə yaxın erməninin Ermənistan ərazisinə daxil olduğu bildirilir.

Hazırda Qarabağdan Ermənistana gedən yollarda tıxac var, sakinlər bir-biriləri ilə mübahisə edirlər.

Qeyd edək ki, Qarabağdan köçən ermənilərin yerli mətbuata açıqlamaları diqqət çəkir. Onların əksəriyyəti Azərbaycan hərbçilərinin mülkü şəxslərlə nəzakətli davrandığını, antiterror əməliyyatları zamanı iddiaların əksinə heç bir mülkü obyekti hədəf almadıqlarını deyirlər.

Xatırladaq ki, 44 günlük müharibə ərəfəsində də bənzər görüntülər müşahidə olunmuşdu.

c5b5ad6a d15d 4c9a bd55 aa7521695108

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: