“Qarabağda cəmi 40 min erməni yaşayır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Vigen Xaçaturyan deyib.

“Gərginlik Rusiya və Azərbaycanın maraqlarından irəli gəlir. Rusiya üçün 40 min qəzəbli erməninin Ermənistana gəlişi və burada hakimiyyətin dəyişməsini tələb etmələri pis olmaz”, – o bildirib.

Qeyd edək ki, erməni tərəfi daha əvvəl Qarabağda 100 min erməninin yaşadığını iddia etsə də, rəsmi Bakı bu rəqəmin 30 min civarında olduğunu bildirib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: