1772308447 1763296327 netanyahu 900x506 1

“Hələ 2023-cü il oktyabrın 7-də İsrailin Yaxın Şərqin simasını dəyişəcəyini təsəvvür edirdim”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“7 oktyabrda kim təsəvvür edə bilərdi ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik? Mən edə bilərdim”, – o qeyd edib.

Netanyahunun sözlərinə görə, o zaman da məqsədlərindən biri sonda İranla qarşıdurmaya girmək olub: “Məqsədim o idi ki, son nəticədə İranla üz-üzə gələcəyik”.

Baş nazir əlavə edib ki, İran İsrailə hücum edəcəyi təqdirdə çox ağır zərbə alacaq:

“Əgər İran bizə hücum edərsə, təfərrüatlarına varmaq istəmədiyim zərbə alacaq”.

Paylaş: