Erməniləri 4 min itki verməyə hazırlaşdırırlar – Oskanyan hərəkət keçir

 Erməni diasporu və müxalifəti Azərbaycana qarşı daha bir həmləyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Bildirilib ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komissiya yenidən Avropaya yola düşüb. Qəzet Oskanyanın Qarabağ xalqının haqlarının müdafiəsi komissiyasına rəhbərlik etdiyini bildirib. Oskanyanın Avropada xüsusilə Qarabağ ermənilərinin Qarabağa qayıtması üçün beynəlxalq zəmanətlər almağa çalışacağı vurğulanıb. Bununla belə, onun bu zəmanətlər üçün kimlərlə görüşəcəyi hələlik açıqlanmayıb.

Oskanyanla Avropaya Daşnaksütyun Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, eyni partiyadan Mario Nalbandyan, qondarma Qarabağ rejiminin keçmiş ombudsmanı Geqam Stepanyan, Serjik Sərkisyanın partiyasından Karen Bekaryan yollanıb.

Qeyd edək ki, Oskanyan Paşinyan administrasiyasının əsas əleyhdarlarından biri sayılır. Onun Ermənistanla yanaşı diaspor daxilində kifayət qədər nüfuzu var. Keçmiş XİN rəhbəri bir çox hallarda diasporun adından danışmağa üstünlük verir.

Qeyd edək ki, ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı müxalifətin Qarabağ məsələsini gündəmə gətirməsinə “4 min itki verməyə hazırsınızmı?” sualı ilə cavab verib.