Ermənistanın siyasi dairələrində Qarabağın sonuncu separatçı lideri Samvel Şahramanyanın yaxın zamanlarda həbs ediləcəyi xəbərləri yayılır.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yazıb.
Qəzet buna əsas səbəbin Paşinyanın Qarabağ ermənilərini küçədəki etirazlardan yığmaq istəyi olduğunu bildirib.
“Hraparak” həmçinin xatırladıb ki, Baqrat Qalstanyanla görüşdən sonra Xankəndi, Əsgəran və Ağdərinin keçmiş “merləri” həbs olunub. Qəzet Şahramanyanı da eyni taleyin gözlədiyini istisna etməyib.
Qeyd edək ki, ötən həftə Şahramanyanın ofisinə xüsusi təyinatlılar basqın ediblər. Bundan sonra Şahramanyanın maşınları müsadirə edilib, onun özü isə dindirilməyə çağırılıb.
Əliyar Xəlil
Globalinfo.az