“Paşinyan Qarabağ məsələsini tam bağlamayana qədər dayanmayacaq” – Akopyan

“Paşinyan heç nəyi təsadüfən etmir, onun bütün bəyanatları düşünülüb və nəticəyə hədəflənib”.

Globalinfo.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin “deputatı” Metakse Akopyan deyib.

Onun sözlərinə görə, Paşinyanın, “qarabağlılar Ermənistan vergi ödəyicilərinin hesabına alınmış silahları qoyub, Qarabağı tərk etdilər” açıqlaması çox təhlükəlidir:

“Biz Qarabağda həmişə bu məsələdən Ermənistanın təhlükəsizliyinin müdafiəsi üçün yan keçirdik. Azərbaycanın İrəvanı Bakı və Xankəndinin münasibətlərinə müdaxiləsi ittihamlarından, Ermənistana qarşı addımlarına haqq qazandırmasına yol verməmək üçün yan keçirdik. Biz həmişə Azərbaycanı inkar edirdik və indi erməni baş nazir bənzər açıqlamanı parlamentin tribunasından edir”.

Deputat Qarabağdakı separatçıların keçmiş lideri Şahramanyanın məhz bundan sonra Qarabağdakı orduların sona qədər Ermənistana tabe olmasını məcburi şəkildə dediyini bildirib:

“Bundan sonra hakim partiya bəyan etdi ki, Azərbaycan noyabrdan sonra Ermənistana qarşı aqressiyaya yol verəcək. Əgər baş verən hadisələrin davamlılığını diqqətlə tədqiq etsək görərik ki, hakimiyyət onları hara yönəldir. Paşinyan həmişə deyib ki, sülh prosesi regionda sülhə zəmanət vermir. İndi o, hadisələrin necə inkişaf edəcəyini bildiyi üçün artıq indidən günahkarları təyin edir. Bunlar isə “Qarabağ nümayəndəliyi, hakimiyyəti və xalqı” olacaq”.

Akopyan deyib ki, Paşinyan Qarabağ məsələsini tam bağlamayana qədər dayanmayacaq:

“Araik Arutyunyanın Qarabağda istefaya göndərilməsi prosesi məhz Ermənistandan koordinasiya olunurdu. Məqsəd isə Qarabağda hakimiyyətsizlik yaratmaq idi. Qarabağa müdaxilə və liderlərin həbsi də həmçinin ümumi planının tərkib hissəsi idi. Məqsəd Qarabağ məsələsini bağlamaq idi. Paşinyan indi Azərbaycanı razı salmaqdan ötrü Şahramanyanın həbsinə gedə bilər”.

Qeyd edək ki, Globalinfo.az hələ Azərbaycan ordusunun antiterror əməliyyatından 6 ay öncə Paşinyanın Qarabağdakı separatçılar arasında hansı oyunu oynadığı və Bakı üçün nə planlaşdırdığını özünün analitik məqaləsində analiz edərək proqnozlaşdırmışdı.

Tahir Turan
Globalinfo.az