IMG 9014

“Jak Şirak (Fransanın 1995-2007-ci illərdə prezidenti – red.) münaqişənin (AzərbaycanErmənistan arasında Vətən müharibəsinə qədər davam edən münaqişə nəzərdə tutulur – red.) həllinə çalışırdı, həqiqətən çalışırdı, lakin bu, 100 faiz Azərbaycanın mövqeyi deyildi. Orada ermənilərin maraqlarını qorumaq baxımından kifayət qədər amillər mövcud idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev İTV-nin hazırladığı “Təmas xətti” sənədli filmində deyib.

O bildirib ki, Fransada erməni diasporunun sayı çox olmasa da, kifayət qədər əlaqələri olub.

“Ədalət məsələsinə gəldikdə, deməliyəm ki, üç həmsədrdən heç biri tam ədalətli deyildi. Onlar deyirdilər: “Siz öz şərtlərinizlə razılaşa bilərsiniz, biz sizi dəstəkləyəcəyik”. Əgər biz desək ki, “Qarabağdan imtina edirik”, onlar deyəcəkdi, “yaxşı, biz sizi dəstəkləyirik”. Heç kəs Ermənistanı işğalçı kimi tanımaq istəmirdi. Nəticədə işğala məruz qalanla işğalçını bərabərləşdirirdilər”, – o bildirib.

Sabiq nazirin sözlərinə görə, Ki-Uest görüşü danışıqlar prosesində ən yüksək nöqtə idi:

“Bu danışıqlarda münaqişənin müəyyən ərazi güzəştləri məsələsi ilə həlli gündəmə gəlmişdi. Təbii ki, bunun detallarını açıqlaya bilməyəcəyəm. Azərbaycanın tələbləri Ermənistan tərəfindən qarşılanmadığından həll prosesindən imtina etdik”.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: