VACİB XƏBƏRLƏR

Azərbaycan Kubokunun finalçıları məlum oldu – VİDEO

İdman

6809019de5ab56809019de5ab617454207016809019de5ab36809019de5ab4

Futbol üzrə Azərbaycan Kubokunun ikinci finalçısı müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Sabah” evdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib (ilk oyun 2:1).

“Bank Respublika Arena”da keçirilən matçda hesabı 23-cü dəqiqədə Masazır təmsilçisindən Cesse Sekidika açıb. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüşdə “flaqman”ın qolunu 40-cı dəqiqədə Emin Mahmudov vurub.

Bununla da, “bayquşlar” tarixdə ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.

Qeyd edək ki, “Sabah” finalda “Qarabağ”la üz-üzə gələcək. Həlledici oyun mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

***

Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start verilib.

Globalinfo.az xəbər verir ki, hər iki görüş bu gün baş tutub.

İlk oyunda “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Ağdamlılar 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa biliblər.

Meydan sahibləri böyükhesablı qələbəyə sevinib – 3.0.

Qeyd edək ki, günün digər qarşılaşmasında “Neftçi” “Sabah”ın qonağı olacaq.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış