
ABŞ-nin Ohayo ştatında 3, 4 və 7 yaşlı 3 oğullarını qətlə yetirən atanın etirafları yerli mediada rezonans doğurub.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı Çad Doerman 3, 4 və 7 yaşlı üç oğlunu sıraya düzərək güllələyib.
Belə ki, cani ata həyat yoldaşını yaralayıb. Daha sonra 4 övladını bağçaya aparıb. Uşaqları sıra ilə güllələyərkən, böyük övladı olan qız ölümdən qurtulmağı bacarıb.
O, qonşulardan yardım istəyib. Əraziyə polis cəlb olunub. Qatil ata qısa zamanda saxlanılıb.
Ağırlaşdırılmış ömürlük həbs cəzası verilən cinayətkarın ifadələri eşidənləri hiddələndirib.
O, dindirilmə zamanı azyaşlı uşağın ondan qurtulmaq üçün tarlaya qaçdığını, lakin sonradan uşağı tutub evə gətirdiyini deyib.
O, ilkin etirafında aylardır övladlarını öldürmək planını hazırladığını bildirib.
Ohaya ştat məhkəməsi kişini ömürlük həbs edib.
