qezza bina

Qəzza zolağında humanitar atəşkəs cümə günü yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

İsrailli girovların ilk qrupu saat 16:00 (Bakı vaxtı ilə 18:00) radələrində Qəzza zolağından çıxacaq, qrupa 13 qadın və uşaq daxil olacaq.

Qeyd edək ki, HAMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib.

Paylaş: