Ərdoğan gələn həftə Putinlə görüşəcək – YENİLƏNİB

Bildirilib ki, görüş Türkiyə Prezidenti Ərdoğanın G20 sammitindən əvvəl sentyabrın 8-də Rusiyaya səfəri çərçivəsində baş tuta bilər.

***14:36

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında yaxın vaxtlarda görüş baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov əlavə edib ki, görüşün dəqiq harada və nə vaxt keçiriləcəyi bir müddət sonra açıqlanacaq.

Həmçinin qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Türkiyə xarici işlər nazirləri arasında Moskvada danışıqların baş tutacağını açıqlayıb.

Zaxarovanın sözlərinə görə, Sergey Lavrov və Hakan Fidan arasında yaxın vaxtlarda Moskvada görüş keçiriləcək, lakin görüşün dəqiq tarixi qeyd olunmayıb.