
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyasının iclasları çərçivəsində görüşüblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin hazırkı vəziyyəti, eləcə də əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Tərəflər Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının əhəmiyyətini vurğulayıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paşinyan Ermənistan və İran arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini və birgə layihələrin həyata keçirildiyini qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az