“Kreml tələsmir, intriqanı hesablanmış şəkildə qoruyub saxlayır”.
Globalinfo.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin İrəvana qaçan separatçılarından Arman Melikyan deyib.
O bildirib ki, Rusiya böyük ehtimalla Nikol Paşinyanın yenidən baş nazir təyin olunmasını tanıyacaq:
“Ola bilsin ki, müəyyən qeyd-şərtlərlə, amma tanıyacaq. Ehtimal edirəm ki, Rusiyanın bunu edərsə və ya nə vaxt baş verərsə, mandatların götürülüb-götürülməməsi məsələsi də həllini tapacaq.
Moskva seçkilərin nəticələrini tanıyacağı təqdirdə, mandatlar da öz sahiblərini tapacaq”.
Əliyar Xəlil
Globalinfo.az