Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı təzyiqlərin artırılmasına çağırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında yazıb.
“Bir həftə ərzində Rusiya Ukraynaya qarşı 88 raket, 3250-dən çox zərbə dronu və təxminən 1800 KAB (idarə olunan aviasiya bombası) istifadə edib. Rusiyaya qarşı təzyiqləri artırmaq lazımdır”, — deyə Zelenski bildirib.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, hava hücumundan müdafiə vasitələri bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 500 pilotsuz uçuş aparatını, həmçinin 11 aviasiya bombasını və HIMARS reaktiv yaylım atəşi sisteminin 1 mərmisini vurub.
6 iyun səhəri Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bölgə üzərində 141 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib. Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov isə səhər saatlarında şəhərin genişmiqyaslı dron hücumuna məruz qaldığını deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar sessiyasında rus hərbçilərinə “işə başlayın, qardaşlar” sözləri ilə müraciət etmişdi.
O həmçinin bildirib ki, Zelenski şəxsi görüşlərin keçirilməsini mümkünsüz edən şərait yaradır.
Əliyar Xəlil
Globalinfo.az